Gürcüstanda dünyadakı epidemioloji vəziyyətlə əlaqədardır beynəlxalq aviareyslər təxirə salına bilər
Gürcüstanın Davamlı İnkişaf və İqtisadiyyat naziri Natia Turnava deyib ki, ölkədə müntəzəm beynəlxalq aviareyslərin bərpası iyulun sonuna qədər təxirə salına bilər. Bunun da səbəbi beynəlxalq aviareyslərin bərpasının uzadılması dünyadakı epidemioloji vəziyyətlə əlaqədardır. “Çox böyük ehtimalla Gürcüstan müntəzəm beynəlxalq aviauçuşları iyulun sonadək təxirə salacaq”, - deyə nazir vurğulayıb


