Gürcüstana əlavə 1 milyon doza “Sinopharm” vaksini çatdırılıb

Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə əlavə 1 milyon doza “Sinopharm” vaksini çatdırılıb.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Gürcüstanda “Sinopharm” vaksinindən yaşı 18-dən çox olan vətəndaşların peyvəndlənməsində istifadə edilir.