Gürcüstana daxili reyslər bərpa ediləcək.
İyulun 24-dən etibarən Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar həyata keçiriləcəkdir.
İyulun 24-dən 31-dək Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş yerinə yetiriləcək.
Avqust ayından etibarən Mestia-ya müntəzəm uçuşlar həftədə 5 dəfə, Ambrolauri-də həftədə 3 dəfə, Batumidə həftədə dörd dəfə həyata keçiriləcəkdir.


