Gürcüstan Prezidenti: Cənubi Qafqazın regional mərkəz kimi statusu gücləndirilməlidir 

 

Gürcüstanın praqmatik, çoxvektorlu xarici siyasətinin mahiyyəti sülh və müstəqilliyin qorunmasıdır. 

Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentdə illik hesabatla çıxışı zamanı deyib. 

O qeyd edib ki, Gürcüstan sülh siyasəti yürüdür və ölkə bunu öz hərəkətləri ilə sübut edib. 

"Bu, təkcə ölkəmiz üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb edir", - Kavelaşvili əlavə edib. 

Prezidenti sözlərinə görə, Gürcüstan mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əsas ölkəyə çevrilə bilər: 

"Asiya, Avropa və Yaxın Şərqin iqtisadi inteqrasiyasını təşviq edə, Cənubi Qafqazın regional hab kimi statusunu gücləndirə və tərəfdaş ölkələrlə əlaqələrimizi daha da gücləndirə bilərik. Bu baxımdan hökumət tərəfindən 2025-ci ildə mühüm addımlar atılıb. Həmçinin qonşu ölkələrlə münasibətləri daha da dərinləşdirmək və regionda sülhü möhkəmləndirmək məqsədi daşıyan Ermənistan, Azərbaycan və Türkiyəyə səfərlərimi də qeyd etmək istərdim".