Gürcüstan Baş naziri Stoltenberqlə NATO-ya inteqrasiyanı müzakirə edib
“Gürcüstan Avro-Atlantik inteqrasiya yolunda mühüm irəliləyiş əldə edib. Biz inanırıq ki, inteqrasiyamızı gücləndirmək və konkret siyasi qərarlar qəbul etməyin vaxtıdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib.
O bildirib ki, Gürcüstanın NATO ilə praktiki əməkdaşlığı Qara dənizdə təhlükəsizlik tərəfdaşlığı çərçivəsində uğurla inkişaf edir.
İ. Qaribaşvili NATO-nun Qara dənizdəki fəaliyyətinin artmasını alqışladığını, bunun regionda sabitliyin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Baş nazir NATO-nun yenilənmiş strateji konsepsiyasında açıq qapı siyasəti və Gürcüstanın NATO-ya inteqrasiyası məsələlərinin layiqincə əks olunacağına inandığını qeyd edib.


