Fəxrəddin Qoca: “Dünyada COVLD-19-un yayılması pik həddə çatıb”
Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca mətbuat konfransında deyib ki, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb. Son 24 saatda 82 318 şübhəli koronavirus testindən keçib, onlardan 1263-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 703 nəfər olub, 942 xəstə isə sağalaraq evə buraxılıb. Türkiyədə ümumilikdə 251 805 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6016 nəfər ölüb. Bu rəqəmlər mütamadi olaraq dəyişir. Son ay yarımda tək Türkiyədə deyil, dünyada infeksiyanın yayılmasının pik həddə çatdığını deyib. Bütün bunlara baxmayaraq sentyabrın 21-də məktəblərin açılması ehtimalı yüksəkdir və COVID-19-un mutasiyaya uğraması ilə bağlı yayılan xəbərlərdən müsbət gözləntilər var, yəni COVLD-19-u keçirənlərin qripə yoluxma kimi yüngül hallarla xəstəliyi sovuşa biləcək.


