Ermənistanda xəstəxanalarda koronavirusa yoluxanların yerləşdirməyə yer yoxdur

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan hökumətin bu gün keçirilən iclasında deyib ki, hazırda Ermənistanda koronavirusa yoluxanlardan 502 nəfərinin vəziyyəti ağır, 113 nəfərin vəziyyəti isə çox ağırdır. Daha 40 nəfər isə süni nəfəs aparatına qoşulub. Daha 51 nəfər xəstəxanaların reanimasiya şöbələrinə köçürülməlidir. Lakin yer olmadığı üçün onları reanimasiyaya yerləşdirmək hələlik mümkün deyil.

Nazir deyib ki, son sutka ərzində Ermənistanda koronavirusa yoluxma rekord həddə çatıb. Son 24 saat ərzində ölkədə 771 nəfər koronavirusa yoluxub, 11 nəfər pandemiyanın qurbanı olub.