Ermənistanda həkimlər kütləvi tətilə başlayıblar
Bu gündən Ermənistanda həkimlər və təcili tibbi yardımın əməkdaşları kütləvi tətilə başlayıblar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, onlar əməkhaqqının az olmasına etiraz edirlər. Hələlik aksiya təkcə paytaxt İrəvanda keçirilir. Əgər hökumət təcili olaraq həkimlərin maaşlarının artırılması ilə bağlı konkret addım atmasa aksiyanın miqyası böyüyəcək və bütün ölkəni əhatə edəcək.
Təcili tibbi yardımın sürücülərinin böyük əksəriyyəti, artıq çağırışlara cavab vermirlər.


