Ermənistanda hakimiyyət böhranı dərinləşməkdə davam edir
İşğalçı ölkə çətin durumda
Ermənistanda müxalif parlament fraksiyası "Çiçəklənən Ermənistan"ın lideri, biznesmen Qarik Tsarukyanın dindirilməsinin keçirildiyi Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiya keçirilib.
KİV-in yaydığı məlumata görə, aksiyada iştirak edən 252 fəal polislər tərəfindən saxlanılıb. Onların saxlanılmasına səbəb fövqəladə vəziyyət rejimi zamanı qaydaları pozaraq kütləvi aksiya keçirmələri göstərilir.
Bildirilir ki, Q.Tsarukyan təxminən 9 saat Milli Təhlükəsizlik Xidmətinin binasında dindirildikdən sonra jurnalistlərə ona qarşı siyasi təqibin aparıldığını deyib.
Xatırladaq ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Q.Tsarukyanın biznesində qeyri-qanuni hallarının aşkarlandığını bildirmişdi.
İyunun əvvəli müxalif parlament fraksiyasının lideri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin ölkədəki problemlərin öhdəsindən gəlmədiyini və istefaya getməli olduğunu demişdi.


