Ermənistan Xarici Kəşfiyyat Xidməti: Parlament seçkiləri ilə əlaqədar hibrid təhdidlər güclənəcək 

Ötən il Ermənistan müxtəlif hibrid təhdidlərin təzahürləri ilə üzləşib ki, bunlar da 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq, çox güman ki, daha geniş miqyas alacaq. 

Bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin hesabatında bildirilib.