Əraqçi: ABŞ-la razılaşma heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır 

 

İslamabad Anlaşma Memorandumu heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır. 

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də bildirib. 

Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb. 

Əraqçi qeyd edib ki, bütün detallar lazımi vaxtda ictimaiyyətin diqqətinə çatdırılacaq.