Dmitri Peskov -“Münaqişənin tez bir zamanda həllinə ümid edirik”  

“RİA Novosti”-nin yaydığı məlumata görə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, “Münaqişənin tez bir zamanda həllinə ümid edirik”. 

“Bilirsiniz, Moskvada, ümumiyyətlə Rusiyada xeyli sayda azərbaycanlı və erməni yaşayır. Onların hamısı Rusiyanın nümunəvi vətəndaşlarıdır. Mən miqrantlardan başqa, məhz Rusiya Federasiyasının vətəndaşlarını nəzərdə tuturam. Onların hamısı bizim cəmiyyətimizin hörmətli üzvləridirlər. Ermənistan-Azərbaycan sərhədində münaqişənin alovlanması bu vətəndaşları biganə qoymadığı açıq-aşkardır və sözsüz ki, onlar bu hadisələrə emosional reaksiya verirlər”, - D.Peskov bildirib.