Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq 

Rusiyada “Telegram” 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacaq. 

Bu barədə Dövlət Dumasının deputatı Mixail Delyaqin bildirib. 

Onun sözlərinə görə, “Telegram” 2026-cı ilin sentyabrında keçiriləcək seçkilərə qədər “YouTube” sxemi əsasında bloklanacaq: “Rusiyada bəzi istifadəçilər "Instagram”dan olduğu kimi, “Telegram”dan da istifadə edə biləcəklər”. 

Qeyd edək ki, Rusiyada "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" şəbəkələri tam bloklanıb. 

Xatırladaq ki, 2026-cı ilin sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.