Çinin COVİD-19 əleyhinə peyvəndi hazırdır
"Qardiyan” (Guardian)-nın yaydığı məlumata görə Çinin "CanSino Biologics” biotexniki firması və Hərbi Tibbi Elmlər Akademiyasının nəzdindəki Pekin Biotexnologiya İnstitutu tərəfindən hazırlanan koronavirus peyvəndi orduda istifadə ediləcək. Peyvənd təhlükəsizdir və koronavirusun səbəb olduğu xəstəliklərin qarşısını almaq potensialına malikdir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kliniki sınaqlarına icazə verilən 17 namizəd peyvəndin yarıdan çoxu Çin şirkətləri və ya institutlarına aiddir. ÜST tərəfindən təsdiq edilən digər 131 namizəd peyvənd klinik sınaq mərhələsinə hələ çatmayıb.


