Çavuşoğlu Lavrovla taxıl dəhlizi məsələsini müzakirə edib

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı taxıl dəhlizi məsələsi müzakirə olunub.