Britaniya, Fransa, İtaliya və Almaniya səfirləri etirazlarla əlaqədar İran XİN-ə çağırılıb 

 

Britaniya, Fransa, İtaliya və Almaniyanın Tehrandakı səfirləri ölkədə baş verən etirazlarla bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bu barədə "Fars" agentliyi məlumat yayıb. 

Məlumata görə, səfirlər etirazçıların zorakı hərəkətlərini əks etdirən videomateriallarla şəxsən tanış olmaq üçün Xarici İşlər Nazirliyinə dəvət olunublar.