Aİ lideri: Sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını “boğur” 

 

Rusiya rəqəmsal “Dəmir pərdə”nin arxasında qalıb. 

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı bildirib. 

O deyib ki, Aİ-nin sanksiyaları Rusiyanın müharibə iqtisadiyyatını “boğur”. 

Aİ liderinin sözlərinə görə, sanksiyaların təsiri o qədər güclüdür ki, Kreml internetə çıxışı məhdudlaşdırır. 

“Rusiya rəqəmsal “Dəmir pərdə”nin arxasında qalıb. Amma tarix bir şeyi göstərir ki, divarlar gec-tez dağılır”, - Ursula von der Leyen əlavə edib.