ABŞ rəsmisi: "Azərbaycan-Ermənistan arasında münasibətlərinin normallaşdırılmasına dəstək verməyə hazırıq"
"Azərbaycan-Ermənistan arasında münasibətlərinin normallaşdırılması vacibdir".
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı deyib.
O, ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib.


