ABŞ Konqresinin əməkdaşları Gürcüstana səfər edib 

 

ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstana səfər edib. 
 
Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib. 
 
Nümayəndə heyətinin üzvləri regional səfər çərçivəsində Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşlər keçirəcək. 
 
Yerli medianın məlumatına əsasən, görüşlər KİV üçün qapalı olacaq. 
 
Qeyd edək ki, ABŞ-Gürcüstan münasibətlərində 2024-cü ilin sonundan gərginlik hökm sürür. Vaşinqton həmin ilin noyabrın 30-da Tbilisi ilə strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.