ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb 

 

ABŞ-ın İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanına lövbər salıb. 

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. 

Qeyd olunub ki, artıq gəminin boşaldılmasına başlanılıb. Əsas yük avtomobillər üçün ehtiyat hissələrdən ibarətdir.