ABŞ-dan Rusiyaya bağlamaların çatdırılması bərpa edilib 

 

Rusiya Poçtu 2022-ci ildən bəri ilk dəfə olaraq ABŞ-dan bağlama çatdırılmasını bərpa edib 

Bu barədə Rusiya Poçtu dövlət şirkəti məlumat yayıb. 

Bildirilib ki, bağlamaların ilk partiyası artıq Rusiyaya çatıb. 

"Çatdırılma mövcud logistika həllərindən istifadə edərək, üçüncü ölkələrdən tranzit uçuşlar vasitəsilə həyata keçirilir", - dövlət şirkətinin məlumatında qeyd olunub.