113 Ölkənin vətəndaşları Rusiyaya elektron viza ilə səfər edə biləcəklər

Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov jurnalistlərə açılamasında bildirib ki, Dünyanın 113 ölkəsinin vətəndaşları 2021-ci il yanvarın 1-dən etibarən Rusiyaya elektron viza ilə səfər edə biləcəklər. Rusiya hökuməti 2021-ci il yanvarın 1-dən elektron vizanın tətbiqinə başlanılması planını təsdiq edib. Elektron vizadan istifadə edə biləcək ölkələrin siyahısına Türkiyə, Hindistan, Çin, Avropa İttifaqı ölkələri və s. daxildir. Hazırda 60 ölkənin vətəndaşlarının Rusiyaya vizasız gəlmək hüququ var.

Nazir müavini xatırladıb ki, Rusiyanın xarici ölkələrdəki konsulluqları hər il təxminən 1,5 milyon viza verirlər. Rusiyaya gəlmək üçün konsulluq xərcləri isə 50 dollardan çox olmayacaq.