10 noyabr razılaşmasına növbəti ağ yalançı erməni şərhi - “Əliyev imza atmasaydı, xalq ona qarşı duracaqdı”...

 

Rasim Quliyev: “Manukyanın saxtakarlıqla uydurduğu bu iddialarının tamamilə əsassız, blef olduğunu bütün dünya bilir”

Erməni siyasilərinin saxtakarlığı, məkri günü-gündən daha da şiddətlənir, daha geniş miqyas alır. Bu adamlar o qədər məsuliyyətsiz fikirlər, açıqlamalar səsləndirirlər ki, necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir.

İşğalçı Ermənistanın məğlubiyyətini, kapitulyasiyasını ört-basdır etmək istəyən erməni siyasi qüvvələri ağıllarına gələni, həqiqətlə uzlaşmayan fikirləri dilə gətirirlər. Vətəni Qurtarma Hərəkatından Ermənistanın baş nazirliyinə namizəd olan Vazgen Manukyan yenə də öz sərsəm bəyanatları ilə erməni cəmiyyətini aldatmaqdadır.

Ermənistan birləşmiş müxalifətinin lideri V.Manukyan erməni mətbuatına açıqlama verərək bir sıra cəfəng fikirlər səsləndirib. Xüsusilə də Paşinyan hökumətini Ermənistan üçün aşağılayıcı sayılan bir sülh müqaviləsinə imza atmaqda ittiham edib və qeyd edib ki, bu proses, həmçinin, üçtərəfli bəyanat imzalanandan sonra da davam edib, Ermənistanın sərhədləri get-gedə kiçilir, sərhədləri dünyanın heç bir yerində olmadığı GPS qaydasında müəyyənləşdirilir. Manukyan, eyni zamanda, 10 noyabr razılaşması ilə bağlı qeyd edib ki, “Ermənistan tərəfi bununla bağlı heç bir siyasi alver aparmayıb, amma bunu edə bilərdi, Azərbaycan tərəfə şərtlər diktə edə bilərdi. Çünki Ermənistana bu təşəbbüs əsasən Azərbaycandan gəlib, Azərbaycana atəşkəsə nail olmaq lazım idi. Ona görə ki, Azərbaycanın daxilində ciddi narazılıq var idi”. Manukyan iddia edir ki, guya Azərbaycan tərəfi “bu barışıq sənədinə imza atmağa məcbur olub”.

Əlbəttə ki, Manukyanın bu iddiası tamamilə yanlış və əsassızdır. Çünki, faktiki olaraq, belə bir müqavilənin imzalanmasına nail olunmaqla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Rusiya prezidenti Vladimir Putinə zəng vurub yalvarıb. Bununla bağlı Prezident İlham Əliyevin də açıqlaması var.

Ona görə də Manukyanın “Azərbaycanın daxilində narazılıq olduğu üçün” 10 noyabr bəyanatının imzalandığını iddia etməsi tamamilə absurddur, yanlışdır.

Ekseprtlər bildirirlər ki, 10 noyabr razılaşması ilə bağlı Manukyanın iddiaları tamamilə əsassızdır və bu, böyük bir saxtakarlıqdır. Ekspertlər deyirlər ki, Manukyanın dedikləri yalnız bir uydurmadır, çünki Prezident İlham Əliyevin nüfuzu həmin günlərdə çox yüksək olub və xalq İlham Əliyevdən müharibəni davam etdirməsini, düşmənə həddini göstərməsini hər zaman istəyib, bütün məsələlərdə olduğu kimi, burada da xalqımız bütün gücü ilə Prezidentin, Ali Baş Komandanın yanında olub.

  • “...həqiqəti, faktları həyasızcasına təhrif edir, Azərbaycana şər atır”

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, tanınmış politoloq Rasim Quliyev bizimlə söhbətində bildirdi ki, Manukyanın iddiası tamamilə ağ yalandır, böhtandır. “Əvvəla Manukyanın özünün  fəaliyyətinə baxmaq lazımdır. Çünki Manukyan vaxtilə Ermənistanda baş nazir postunu tutub. Bu adam separatçı hərəkatın rəhbərlərindəndir, Dağlıq Qarabağ probleminin mövcudluğunda, bu problemin qızışmasında iştirak edən separatçı icma üzvlərindən biridir. Ermənilər müharibə zamanı da təsdiq etdilər ki, onlar xalq kimi inkişaf etməyiblər, onlar moneetnik bir cəmiyyətdir, icmadır. Erməniləri tanıyan Şərq, Azərbaycan dahilərini hələ demirəm, Avropa, rus dahilərinin hamısı onlar haqqında öz fikrini deyib, erməni xislətini, xarakterini  açıb göstəriblər, onları qışqıra-qışqıra danışan, yalançı, saxtakar, məkrli, kölə və qul toplum adlandırıblar. Bunlar bu psixologiyadan qurtulub millət olaraq formalaşa bilmirlər. Millət olmaq üçün ibtidai icma psixologiyasından qurtarmaq lazımdır. Xalq ola bilmirlər, çünki onlar monoetnik bir qrupdan qurtara bilmirlər, onlar icmadırlar. Ona görə də bu icmanın başbilənlərindən biri bu cür cəfəng, yalan, erməni psixologiyasına uyğun iddialar səsləndirib. Əslinə qalanda, hazırda erməni cəmiyyətində Rusiyanın o problemi də var ki, normal, praqmatik bir siyasətçi tapıb hakimiyyətdə oturda bilmir. Bunların içində az-çox praqamtik, rasional düşüncəli siyasətçi Ter-Petrosyan idi, halbuki, onu da Köçəryan hakimiyyətdən uzaqlaşdırdı, o vaxtdan da müharibə klanı - xunta hakimiyyəti ələ keçirdi. O, Rusiyanın adamı deyildi, bir az daha demokratik, Avropa baxışlı bir siyasətçi idi. Bu gün də o, Qarabağa Ermənistanın “tərkibi kimi” baxmır, Qarabağa ermənilər yaşayan bir yer kimi baxır, ona görə də Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar. Sözümün canı odur ki, bu gün Ermənistan cəmiyyətində normal düşüncəli, prosesləri normal təhlil edən, Cənubi Qafqazın geosiyasi vəziyyətinə uyğun addımlar ata biləcək bir siyasətçi yoxdur. Ermənistan cəmiyyətinə yaşı 70-dən yuxarı olan və daha çox hakimiyyətə gəlmək üçün hər cür oyunlardan çıxan, hər yola getməyə hazır olan Manukyanı göstərirlər. Bu da ermənilərin daxili siyasətinin bir bicliyidir. Onlar bilirlər ki, Nikol Paşinyanı indiki keçid dövrü üçün saxlayırlar. Əslində, nə onu saxlayırlar, nə də ona qəti surətdə “get” deyirlər. Onlar bilirlər ki, Paşinyandan sonra hakimiyyətə kim gəlsə, o da keçici bir hakimiyyət olacaq. Paşinyan hakimiyyəti Ermənistanda məğlub olmuş bir hakimiyyətdir, nə zaman Rusiya istəsə, o zaman gedəcək. Eyni zamanda, Ermənistanda hakimiyyət dəyişikliyi məsələsində Azərbaycan da söz sahiblərindən biridir. Bunu yadda saxlamaq lazımdır. Ona görə də Ermənistan müxalifətinin vahid namizədi Manukyan da fikirləşir ki, hakimiyyətə gəlsin və nə qədər hakimiyyətdə ola biləcəksə, qazansın. Bu, aralıq hakimiyyəti olduğu üçün, o biri siyasi qüvvələr sakitcə gözləyirlər ki, Paşinyanı Manukyanla yıxsınlar. Manukyan isə tez-tez verdiyi avantürist, naşı bəyanatları ilə cəmiyyətdə dividend qazanmaq istəyir. Buna görə də o, bir neçə dəfə bir-birilə uyğun gəlməyən, ardıcıllıq təşkil etməyən bəyanatlar səsləndirib. Manukyan məğlubiyyətdə Paşinyanı ittiham etdi, sonra revanşist qüvvələrlə birləşib “Azərbaycandan qisas almağa” hazırlaşdığını bəyan etdi. Manukyan gördü ki, bu ideyaların, sərsəm bəyanatların heç biri cəmiyyət tərəfindən dəstəklənmir. İndi guya cəmiyyəti birləşdirmək, əhval-ruhiyyə yaratmaq üçün növbəti bir blef, yalan üstündə öz kampaniyasını qurmağa çalışır. Ancaq belə yalanları, belə blefləri Paşinyan hakimiyyəti öz siyasətinə çevirmişdi, nəticəsi göz qabağındadır. Paşinyan bu yalanı erməni cəmiyyətinə çox danışıb, deyirdi ki, “biz taktiki geri çəkilirik, qələbə bizimdir” və sair. Paşinyanın yalanlarını indi də Manukyan davam etdirir, o, valı o biri üzünə çevirib ki, istənilən yalanı danışmaqla, şər-böhtan atmaqla, həqiqətə uyğun olmayan, cəfəng, qeyri-ardıcıl bəyanatlarla xalqdan dəstək alıb hakimiyyəti ələ keçirsin. Daha doğrusu, Manukayn bu cür cəfəng, yalan bəyanatlarla öz namizədliyini Rusiyaya təqdim etmək istəyir ki, Rusiya onun  namizədliyini qəbul etsin. Yəni cəmiyyətin ona az-çox dəstəyi olsa, Rusiya ona kömək edər. Manukyanın son bəyanatlarının məğzi ona gəlir ki, 10 noyabr şərtləşməsini Ermənistan icra etməyə borcludur. Çünki burada Rusiyanın da imzası var, Ermənistan da, birmənalı olaraq, Rusiya tərəfindən idarə olunur. Ona görə də orada hakimiyyətə gəlmək istəyənlər məcburdur ki, 9-10 noyabr bəyanatını icra etməyə hazır olduqları ilə bağlı bəyanat versinlər. Yoxsa, Rusiya ona hakimiyyətə gəlməyə icazə verməz”.

R.Quliyevin sözlərinə görə, Manukyan çalışır ki, 10 noyabr bəyanatını erməni cəmiyyətinə Ermənistanın “qələbəsi” kimi təqdim etsin, ona görə də erməni saxtakarlığından, məkr və yalanından istifadə edərək həqiqəti təhrif edir, yalan danışmaqla məşğul olur:

“Manukyan 10 noyabr bəyanatının imzalanmasının birbaşa Paşinyanın Rusiyaya yalvarışları, xahişləri nəticəsində baş verdiyini ört-basdır etmək üçün həqiqəti, faktları həyasızcasına təhrif edir, Azərbaycana şər atır. Bütün bunlar erməni xislətinin canlı təzahürüdür.  

Bütün dünya bilir ki, reallıq tamamilə başqadır, xarici ekspertlər Azərbaycanın qələbəsini dəfələrlə qeyd ediblər, Ali Baş Komandanımızın gücünü dönə-dönə etiraf ediblər. Bir sözlə, Manukyanın saxtakarlıqla uydurduğu bu iddialarının tamamilə əsassız, blef olduğunu bütün dünya bilir. Dünya azərbaycanlıları, Azərbaycanın bütün vətəndaşları, ölkəmizin daxilindəki bütün siyasi partiyalar bu məsələdə bir nəfər kimi Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Çünki bu hadisəyə qədər Azərbaycan xalqı bu şəkildə yumruq kimi birləşməmişdi. Ona görə də Manukyanın səsləndirdiyi bütün fikirlər əsassızdır, blefdir. Burada Manukyanın məqsədi rəsmi Moskvanın icazəsini alıb hakimiyyətə gəlmək və 10 noybar bəyannaməsini icra etməkdir. Hansı ki, Paşinyan onu edib, istəyir ki, bunu Paşinyan yox, özü icra etsin. Bu iddia isə, dediyim kimi, Manukyanın ermənilərə xas olan yalançılığından, saxtakarlığından irəli gəlir, onun məqsədi yalanla üfürülmüş şar üzərində özünə “bir dünya” düzəltməkdir. O da, göründüyü kimi, bir anın içində məhv olan, darmadağın edilən yalandır. Bu bizə bir daha mesaj verir ki, Ermənistanla normal, real, bizim qəbul etdiyimiz kimi, əl uzadıb, əl sıxmaq, inam və etibar əməkdaşlığına hələ çox var. Çünki yalançı və saxtakar icmanı daim təzyiq altında saxlamaqla onları işlətmək lazımdır. Puşkin demiş: “Sən qulsan, sən köləsən, sən ermənisən” - deyə R.Quliyev vurğuladı.