Zelenski və Conson arasında telefon danışığı olub

 

Ukrayna Prezidenti Vladimir Zelenski və Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

"Biz Ukraynaya müdafiə dəstəyinin gücləndirilməsi, təhlükəsizlik zəmanəti ilə bağlı işin intensivləşdirilməsi, Ukraynaya yanacaq tədarükü barədə danışdıq. Biz ərzaq böhranının qarşısını almaq və Ukrayna limanlarını blokadadan çıxarmaq üçün birlikdə çalışmalıyıq", - Zelenski bildirib.