Zelenski: Növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçiriləcək 

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqların martın əvvəlində keçirilməsinin planlaşdırıldığını açıqlayıb. 

Bu barədə “RBK-Ukraine” məlumat yayıb. 

“Görüş bizim fikrimizcə, martın əvvəlində olacaq”, - Zelenski bildirib. 

Ukrayna Prezidenti əlavə edib ki, 26 fevralda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerovla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşü keçiriləcək. 

“İlk mövzu - Ukraynanın bərpası paketidir, onun detalları müzakirə ediləcək. İkinci mövzu - üçtərəfli görüşün hazırlanmasıdır. Üçüncü mövzu isə mübadilədir. Umerov mübadilə detalları haqqında danışacaq”, - Zelenski qeyd edib.