Zelenski BƏƏ Prezidenti ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Zelenski "X" hesabında paylaşım edib.
"Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etmək barədə razılığa gəldik. Komandalarımız detalları dəqiqləşdirəcək", - o bildirib.


