Zelenski Aİ-nin ayırdığı 90 mlrd. avroluq kreditdən ilk tranşın vaxtını açıqlayıb 

 

Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılan 90 milyard avroluq kreditin ilk tranşının mayın sonu, iyunun əvvəlində daxil olması gözlənilir. 

“RBC-Ukraine” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib. 

“90 milyard avroluq kreditin ilk tranşı ordunun gücləndirilməsinə və Ukrayna silahlarının istehsalına yönəldiləcək”, - Prezident deyib. 

Ukrayna lideri əlavə edib ki, ayrılan vəsait həmçinin sosial ehtiyaclara, eləcə də müdafiə sənayesinin, xüsusilə dronlar və radioelektron mübarizə sistemlərinin istehsalına yönəldiləcək.