YUNESKO-da Azərbaycanın İpək Yolları boyunca tarixi rolu vurğulanıb
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə YUNESKO-nun mənzil-qərargahında "İpək Yollarının İrsi, Səyahəti və Ənənələri: Mədəniyyətlərarası Dialoq Səyahəti" adlı tədbir keçirilib.
Bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev "İrsdən Təcrübəyə: Bu Gün İpək Yollarının Əlaqələndirilməsi" adlı yüksək səviyyəli panel sessiyası zamanı çıxış edib.
O, Azərbaycanın İpək Yolları boyunca tarixi rolunu və qarşılıqlı anlaşmanın təşviq edilməsində, eləcə də insanları bir-birinə yaxınlaşdırmaqda mədəni irsin, mədəniyyətlərarası dialoqun və əlaqələrin əhəmiyyətini vurğulayıb.


