Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin daha 30 gün müddətinə uzadılmasını təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin daha 30 gün müddətinə uzadılmasını təklif edib. Bu barədə Ukrayna Ali Radasına qanun layihəsi təqdim edilib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu haqda Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

Sənəddə qeyd olunur ki, Ukraynada hərbi vəziyyət aprelin 25-dən 30 gün müddətinə uzadıla bilər.

Qeyd edək ki, Ukraynada aparılan genişmiqyaslı hərbi əməliyyatlarla bağlı 2022-ci il fevralın 24-ü səhər saatlarından 30 gün müddətinə hərbi vəziyyət tətbiq edilib. Bu müddət daha bir ay uzadılıb.