Volodimir Zelenski işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarkov vilayətinin işğaldan yenicə azad olunmuş İzyum şəhərinə işgüzar səfərə gedib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısını müdafiə nazirinin müavini Anna Malyar müşayiət edib.