Vətən, torpaq və böyük amallar uğrunda candan keçən Şəhidlər

Sadıqli İbrahim Şahin oglu düşmənin 60-a yaxın əsgər və zabitini məhv edərək, şəhidlik zirvəsinə yüksəlib

Bəşəriyyət aləmində ən müqəddəs hiss, doğma duyğu qoynunda böyüyüb, boya, başa çatdığın Vətəni sevmək, onun uğrunda canından keçməkdir. Vətən və torpaq uğrundan canıdan keçənlər şəhidlərdir. Tarixən belə olub və bu gün də belədir,  Azərbaycanın ərən oğulları yağı düşmənə qarşı ölüm-dirim savaşına qalxıb, canlarını Vətən uğurunda qurban veriblər. Bu baxımdan şəhidlər ölməzdir, şəhidlər bizim həm ürək ağrımız, həm də qürurumuz, fəxrimizdir. Millətimiz hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyub. Təbii ki, canlarını Vətənə fəda edən şəhidlərimizi xatırlamaq, yad etmək bizlərin başlıca vəzifəsi olmalıdır. Həm də, gələcək nəsillərə Qarabağın işğaldan azad etmək üçün igid ərənlərimizin qəhrəmanlıqları, döyüşlərdə göstərdikləri şücaətləri çatdırmaq üçün hər cür vasitələrdən istifadə etməliyik. Qarabağda sentyabrın 27-dən müqəddəs amal uğrunda başlayan savaşda  Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 200-dən çox kənd, 3 qəsəbə, 4 şəhər və  strateji yüksəklikləri erməni tapdağından  azad edib, bununla da bütün dünyaya qalib ordu olduğunu nümayiş etdirib. Hal hazırda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Şuşada, Laçında, Xankəndində dalğalanan üçrəngli bayrağımız. Torpaq,Vətən uğurunda savaşda canlarını qurban verən  şəhidlərimiz hər zaman xalqımızın qəlbində, hərb tariximizdə yaşayacaqlar. Canlarını fəda etməklə ölümsüzlüyə qovuşan şəhidlərimiz yetişməkdə olan gənc nəsil üçün, bütövlükdə gələcək nəslillər üçüç örnək olacaq. Belə qürur duyulacaq, fəxr ediləcək şəhidlərimzdən biri də, Sadıqlı İbrahim Şahin ogludur. O, 1993-cu ilin 28 iyununda  Baki səhərində ziyalı Şahin müəllimin ailəsində dünyaya gəlib. 292 saylı orta məktəbdə oxuduğu vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olmuş, yüksək nailiyyətlər əldə edərək bayrağımızı dalğalandırmışdır. İbrahim, vətəni ilə, ailəsi ilə, dostları ilə həmişə fəxr etmişdir. 2011-2013-cü illərdə hərbi  xidmətdə olmuşdur. Hələ uşaq yaşlarında hərbçi olmaq, Vətənin keşiyində durmaq arzunda olan İbrahim Sadıqli arzularını reallaşdırmaq istəyi ilə 2015-ci ildən Azarbaycan Respublikasinin Xüsusi Təyinatlı Qüvvələrində gizir rütbəsində snayperist kimi xidmətə başlamışdır. Xidməti dövründə hərbin sirlərini dərindən mənimsəmiş, komandirlərinin tapşırıq və göstərişlərini yüksək səviyyədə yerinə yetirməklə, fərqlənmişdir. Məhz bu kimi gərəkli xidməti fəaliyyətinə görə, Azərbaycan Respublikasının müdafiə nazirliyinin, eləcə də Xüsusi Təyinatlı Qüvvələrinin komandanı General-leytinant Hikmat Mirzəyev tərəfindən  orden və medallarla,  fəxri fərmanlarla təltif edilmişdir. 2018-ci ildə Çin Xalq Respublikasında keçirilən beynəlxalq snayper kursunda XTQ-dən İbrahim Sadiqli iştirak etmiş, yüksək peçəkarlığına, hədəflərin sərrast atəşlə vurmasına görə fərqlənərək, 2-ci yeri tutmuş və üçrəngli bayrağımız 50 ölkə arasında ən yüksəklərə qaldırılmasına nail olmuş, döş nisanı və medalla təltif edilmisdir. Dağlıq Qarabağda sentyabrın 27-dən başlayan müharibə zamanı İ.Sadıqli xüsusi şücaəti ilə seçilmişdir. O düşmənin əsas qüvvələrinin sıradan çıxarılmasında, yüksək rütbəli zabit heyətinin məhv edilməsində qəhrəmanlıqlar göstərmişdir. Ümumilikdə döyüşlər zamanı İ.Sadıqli düşmənin 60-a yaxın əsgər və zabitini zərəsizləşdirmişdir. Elə məqamlar olmuşdur ki, İ.Sadıqli açıq döyüşə girərək, yaralı əsgər və komandirlərini qorumuş və döyüş meydanından çıxarmışdır. 3 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə daha bir neçə erməni əsgər və zabitini məhv etmiş, bu zaman yaralı döyüş yoldaşını qanlı savaş meydanından çıxararkən düşmən atəşinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz İ.Sadıqli  ikinci Fəxri Xiyabanda General-mayor Polad Həşimovun yanında  dəfn olunub.

         Söz yox ki, Vətənimizin azadlığı uğrunda canından keçən İ.Sadıqlının xatirəsi hər zaman uca tutulacaq, adı əbədiləşdirlicək. Söz, sənət adamları İ.Sadıqlının qəhrəmanlığı haqqında əsərlər yazacaq, şerlər qoşacaq, vətənpərvərlik mahnıları bəstələyəcəklər. Artiq Müzəffər Ordumuz Dağlıq Qarabağı azad edib, torpaq bütövlüyümüzü, suverenliyimizi təmin edib. Artıq sərhədlərimizi öz Milli Şanlı Ordumuz qoruyur. Artıq Şəhidlərimizin ruhu rahatdır.  Ruhun şad olsun ŞƏHİDİM!

Ruhun şad olsun İbrahim Sadıqlı