Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb

 

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 68 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirilib.

Bu barədə iyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Müşavirədə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirlərinin davam etdirildiyi vurğulanıb. Toplanmış sübutlarla təqsiri müəyyənləşdirilmiş şəxslərin beynəlxalq və ölkədaxili mexanizmlərdən istifadə edilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi diqqətə çatdırılıb.