Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadılıb
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılması barədə Prezident Vladimir Zelenskinin təklifini dəstəkləyib.
APA xəbər verir ki, hərbi vəziyyət avqustun 23-ü saat 05:30-dan noybarın 21-i 05:30-a qədər qüvvədə olacaq.


