Ukrayna XİN: Rusiya qüvvələri AEBA missiyasının gedəcəyi dəhlizi güclü atəşə tutur

 

Rusiya qüvvələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyasının Zaporojye AES-ə gedəcəyi dəhlizi güclü atəşə tutur.

APA xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Olek Nikolenko "Twitter"də bildirib.

"Öhdəliklərini pozaraq, Rusiya ordusu AEBA missiyasının Zaporojye AES-ə getməli olduğu dəhlizi güclü atəşə tutur. Rusiya bu təhlükəli təxribatlarını dərhal dayandırmalı və AEBA-nın təhlükəsiz girişinə icazə verməlidir", Nikolenko bildirib.