Ukrayna Rusiyada neft emalı zavoduna PUA ilə zərbə endirib
Ukrayna PUA-ları Rusiyanın Komi Respublikasına hücum edib, Uxtadakı neft emalı zavodunun ərazisində yanğın qeydə alınıb.
Bu barədə Komi Respublikasının başçısı Rostislav Qoldşteyn sosial şəbəkələrdə məlumat verib.
"Bu gün regionumuz Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Uxtadakı neft emalı zavodunun ərazisində yanğın qeydə alınıb. Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir", - Qoldşteyn yazıb.
Onun sözlərinə görə, heç kim xəsarət almayıb. Bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Müvafiq xidmətlər gücləndirilmiş rejimdə çalışır.
Respublikada pilotsuz uçuş aparatları ilə bağlı təhlükə davam edir.


