Ukrayna Baş naziri Almaniyaya səfər edəcək

Ukraynanın Baş naziri Denis Şmıqal Almaniyaya səfər edəcək.

APA DPA-ya istinadən xəbər verir ki, Ukrayna hökumət başçısı sentyabrın 3-də Berlinə gedəcək.

Sentyabrın 4-də o, Almaniya Kansleri Olaf Şoltsla görüşəcək.

Qeyd edək ki, Baş nazir Şmıqal son altı ayda Berlinə səfər edən ən yüksək vəzifəli ukraynalı siyasətçi olacaq.