Türkiyədən Azərbaycana yeni mühəndis texnika və avadanlığının növbəti hissəsi gətirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyədən alınan ən müasir mühəndis texnika və avadanlığının növbəti hissəsi Azərbaycana gətirilib.

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqdan yolların, yaşayış məntəqələrinin, əkinə yararlı sahələrin və digər ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.