Türkiyədə zəlzələdə ölənlərin sayı 1541-ə çatıb, 9 733 nəfər yaralanıb - YENİLƏNİB

 

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, hazırda brifinq keçirən Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1541 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 9 733 nəfər təşkil edir.

Zərər dəyən bina sayı isə 3 471-dir.

 

 

 

Türkiyədə zəlzələdə ölənlərin sayı 1500-ə çatır, 8 533 nəfər yaralanıb - YENİLƏNİB

 

 

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

***

17:36

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

2 834 bina dağılıb.

***

16:10

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 014-ə yüksəldiyi, 7 003 nəfərin yaralandığı açıqlanıb.

Dağıntılar altından 2 470 nəfər xilas edilib, 2 824 bina dağılıb.

Zəlzələlərdən sonra bölgədə sunami təhlükəsinin olmadığı qeyd olunub.

***

14:08

Türkiyə zəlzələ nəticəsində 912 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib. O, 5 385 nəfərin yaralandığını qeyd edib.

Ərdoğan əlavə edib ki, 2 470 nəfər dağıntıların altından xilas edilib.

Zəlzələ nəticəsində ümumilikdə 2 818 bina dağılıb.