Türkiyə Prezidenti COVID-19-a yoluxub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19-a yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti özünün rəsmi tviter hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda yüngül simptomlardan sonra xanımı Əminə Ərdoğan ilə birlikdə verdikləri COVID-19 testinin müsbət çıxdığını deyən Prezident Ərdoğan virusun "omikron" variantına yoluxduqlarını, xəstəliyi yüngül keçirdiklərini bildirib.

Vəzifəsinin başında olduğunu ifadə edən Türkiyə Prezidenti işlərini evdən davam etdirdiyini açıqlayıb.