Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq 

 

Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq. 

Bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı deyib. 

Tramp qeyd edib ki, Hörmüz boğazı artıq qismən açıqdır və yaxın bir-iki gündə tamamilə açılacaq. 

İranla razılaşmanın “çox güclü” olacağını bildirən Tramp İranla bağlı razılaşma çərçivəsində 300 milyard dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib.