Tayvan rəhbərləri maaşlarını Türkiyədə xilasetmə işlərinə bağışlayacaqlar
Tayvan Prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai bir aylıq əmək haqlarını Türkiyənin zəlzələdən xilasetmə səyləri üçün bağışlayacaqlar.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.
Gələn il keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaları gözlənilən Tsai və Lai: "Türkiyənin ölkəni ən qısa zamanda yenidən bərpasına kömək etmək üçün öz üzərlərinə düşəni edəcəklərinə ümid edirlər", - prezident ofisinin bəyanatında deyilir.
Türkiyənin əksər ölkələr kimi Tayvanla diplomatik əlaqələri yoxdur, lakin hər iki ölkənin bir-birinin paytaxtlarında de-fakto səfirlikləri var, İstanbul və Taypey arasında birbaşa uçuşlar həyata keçirilir.
Tsai bu gün başsağlığı kitabını imzalamaq üçün Türkiyənin Taypeydəki de-fakto səfirliyini ziyarət edib və yazıb: "Ürəyim türk dostlarımızladır. Tayvan Türkiyənin yanındadır!"


