Suriyada zəlzələ qurbanlarının sayı 538-ə çatıb
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS Suriya Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, zəlzələdən daha 1353 nəfər zərər çəkib.


