Stoltenberq: “NATO nüvə qüvvələrini hazır vəziyyətə gətirməyəcək”
NATO baş katibi Yens Stoltenberq alyansın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına ehtiyac olmadığını deyib.
APA xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.
“Biz həmişə öz müttəfiqlərimizin müdafiəsi və qorunması üçün mümkün olan hər şeyi edəcəyik. Amma düşünmürəm ki, indi NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişmək lazımdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş vermişdi.


