Parlament Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişini təsdiqləyəcək
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi” təsdiq edəcək.
Bu barədə qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq


