Nikuşor Dan: Moldovanın Rumıniyaya birləşməsi təklifi olduqca qeyri-realdır 

Moldova əhalisinin əksəriyyəti ölkənin Rumıniyaya birləşməsinin əleyhinədir. Biz də buna hazır deyilik. 

Bunu Rumıniya Prezidenti Nikuşor Dan moldovalı həmkarı Maya Sandunun sözügedən təklifinə cavab olaraq bildirib. 

O qeyd edib ki, Moldovanın Rumıniyaya birləşməsi təklifi olduqca qeyri-realdır. 

"Buna nə NATO, nə Rumıniya, nə də Moldova xalqının əksəriyyəti hazırdır, onlar həm də bunun əleyhinədir", - deyə o əlavə edib.