Monitorinq İdarəsi: Azad olunmuş ərazilərdəki çayların çirklənmə səviyyəsi daimi nəzarətdədir
"İşğaldan azad olunmuş ərazilərdəki çayların çirklənmə səviyyəsi daimi nəzarətdədir".
APA xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş bölgələrdə kompleks monitorinq tədbirləri həyata keçirilir:
"Tədbirlərin bir parçası kimi transsərhəd çaylarımızda 10 gündən bir laborator təhlillər aparılır. Digər çaylarda, su anbarlarında isə ayda bir dəfə monitorinq keçirilir, daim çirklənmə səviyyəsi nəzarətdə saxlanılır".


