Körfəz ölkələrinə vurduğu maddi ziyan İranın dondurulmuş bank hesablarından ödəniləcək 

İranın Körfəz ölkələrinə vurduğu maddi ziyan onun dondurulmuş bank hesablarından ödəniləcək. 

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “X” hesabında bildirib. 

O qeyd edib ki, İrana Hörmüz boğazından keçmək üçün ödənilən rüsumlar Tehranın hesablarından çıxılacaq və hesab balanslaşdırılacaq. 

“İranın hər bir hücumu onun iqtisadi və maliyyə nəticələrini daha da ağırlaşdıracaq”, - Bessent vurğulayıb.