Kanada Baş naziri Azərbaycan-Ermənistan sülh prosesini alqışlayır 

 

Ermənistan və Azərbaycan arasında sülhün qurulması istiqamətində əldə edilən irəliləyişi alqışlayıram. 

Bu barədə Kanadanın Baş naziri Mark Karni İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında bildirib. 

“Ermənistan və Azərbaycan arasında sülhün qurulması istiqamətində əldə edilən irəliləyişi alqışlayıram və Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirakını da yüksək qiymətləndirirəm”, - o qeyd edib.