IMF: Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq 

 

Enerji qiymətlərinin artması hesabına 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansında profisitin artacağı gözlənilir. 

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub. 

Ad - 00:04 

Bildirilib ki, yüksək neft qiymətləri fonunda Dövlət Neft Fondunun ehtiyatları da artmaqda davam edəcək. 

Məlumata görə, 2026-cı ildə ÜDM-in 2,1% artacağı proqnozlaşdırılır. Bu artım əsasən qeyri-neft sektorunun hesabına olacaq. Belə ki, qeyri-neft iqtisadiyyatında artımın 3,7%-ə çatacağı, daha sonra isə 3,5% ətrafında sabitləşəcəyi gözlənilir. 

Ümumi iqtisadi artım orta müddətdə təxminən 2,5% səviyyəsində qalacaq. 

IMF qeyd edir ki, iqtisadi artıma müəyyən dəstək fiskal siyasətin nisbətən yumşaldılması və Yaxın Şərqdəki müharibə fonunda enerji qiymətlərinin artması ilə bağlıdır. 

Fondun proqnozuna görə, 2026-cı ilin sonuna ölkədə inflyasiya 6% təşkil edəcək.