Hörmətli həmkarlarımız və dəyərli Əməkdaşlarımız!


Sizi  RESURS Analitik İnformasiya Mərkəzinin rəhbərliyi və kollektivi adından,

“Səs” qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 30 illik yubileyi münasibətilə təbrik edirik.    İndiki şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus yeri və mövqeyi ilə seçilən “Səs” qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını lazımınca ödəməyə çalışmışdır.   “Səs” qəzetinin kollektivi bundan sonra da əminik ki, cəmiyyətin ictimai, sosial-iqtisadi, mənəvi-psixoloji maraqlarının, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcək, oxucularının sayını daha da artıracaqdır.

Mərkəzimiz adından bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edirik və yeni yaradıcılıq uğurları arzulayırıq.